Pakistanda məsciddə partlayış olub

Pakistanın Noşera vilayətinin Akora şəhərində Darul Ulum Haqqaniyya mədrəsəsinə bağlı məsciddə partlayış baş verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yaralılar tibb müəssisələrinə yerləşdirilib, faktla bağlı araşdırma başladılıb.
Qeyd olunur ki, bu, müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı olub və dindarların böyük kütləsini cəlb edib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkənin ən böyük İslam məktəblərindən biridir.