Geomaqnit qasırğası gözlənilir

Bu gün geomaqnit qasırğası ola bilər.
AFN.az xəbər verir ki, məlumatı N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yayıb.
Bildirilib ki, fevralın 13-15-də G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3-ə bərabərdir və kosmik hava qeyri-sabitdir.
Fevralın 18-də mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının və 15-fevralda baş vermiş TKA təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.
17-23 fevral tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.