İranda 5,4 bal gücündə zəlzələ baş verib


İranın Xuzistan əyalətinin Endimeşk şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.



İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Endimeşka olan 5,4 bal gücündə zəlzələ yerli vaxtla saat 22:25-də qeydə alınıb.

Zəlzələnin 15 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Endimeşk Böhran İdarəetmə Mərkəzi qrupların bölgəyə göndərildiyini, lakin indiyə qədər heç bir zərər hesabatının alınmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu