Tayvanda ticarət mərkəzində partlayış: 5 ölü, 7 yaralı var
Tayvanın Tayçunq şəhərində təmir işləri aparılan "Şin Konq Mitsukoşi" ticarət mərkəzinin 12-ci mərtəbəsində şiddətli partlayış baş verib.
Əraziyə polis, təcili yardım və yanğınsöndürənlər göndərilib.
Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 5 nəfərin həyatını itirdiyi, 7 nəfərin yaralandığı bildirilib.
Partlayışın restoranda qaz sızması nəticəsində baş verdiyi açıqlanıb.
Tayvan lideri Lai Çinq-te partlayışın səbəbini tez bir zamanda araşdırmağa çağırıb.
Partlayış zamanı şüşələrin sınması səbəbindən əsas yol nəqliyyatın hərəkətinə bağlanıb, hadisə ilə bağlı araşdırma başlanıb.