Qadın namaz qılarkən öldürüldü: əri tutuldu


Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.

Bildirilir ki, L.Məmmədova namaz qılarkən öldürülübmüş.

Ramil Məmmədovun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu