Yaponiya Rusiya ilə sülh bağlamaq siyasətinə sadiqdir


Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir və İkinci Dünya Müharibəsinin bitməsindən 80 il sonra belə bir sənədin olmamasını təəssüf doğuran fakt hesab edir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Şiqeru İşiba bildirib.

“Təəssüf ki, müharibənin bitməsindən 80 il keçsə də, Şimal əraziləri məsələsi həll olunmayıb və Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi bağlanmayıb. Yaponiya hökuməti dörd şimal adasına sahiblik məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiqdir", - deyə İşiba bildirib. O, həmçinin Ukraynadakı xüsusi hərbi əməliyyatlara görə Yaponiya və Rusiya arasında vəziyyətin çətin olaraq qaldığı barədə əvvəlki iddiaları təkrarlayıb.

Yaponiya hökumətinin 1981-ci ildə qəbul etdiyi qərara əsasən, 1855-ci ilin bu günü imzalanmış ilk Rusiya-Yaponiya müqaviləsinin xatirəsinə hər il fevralın 7-də “Şimal ərazilərinin qaytarılması üçün milli mitinqlər” keçirilir. Belə görüşlərdə ənənəvi olaraq hökumət başçısı, nazirlər, parlamentin hər iki palatasının hakim və müxalifət partiyalarından olan üzvləri, həmçinin Kuril adalarının cənub hissəsinin keçmiş sakinləri iştirak edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu