Sahildə çıxan qayıqda 13 çürümüş cəsəd tapılıb
Karib dənizində Sent Kitts və Nevis Sahil Mühafizəsi qrupları ölkə sahillərinə çıxan bir qayıqda 13 cəsəd tapıblar.
Bu beş gün əvvəl Trinidad və Tobaqo yaxınlığında bir qayıqda beş nəfərin cəsədinin tapılmasından sonra baş verib.
Səlahiyyətlilər iki hadisə arasında əlaqənin olub-olmamasının hələ müəyyən edilmədiyini bildirib. Hələlik ölənlərin kimliyi və milliyyəti barədə dəqiq məlumat yoxdur.
Sent Kitts və Nevis polis rəisinin müavini Kromvel Henri çərşənbə günü tapılan cəsədlərin qabaqcıl parçalanma mərhələsində olduğunu və qurbanların yaşının və ya cinsinin müəyyən edilə bilmədiyini söyləyib. Kapitansız qayığın sahilə çıxarıldığı və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Oxşar hadisə ötən şənbə günü Trinidad və Tobaqo sahillərində bir qayıqda beş cəsədin tapılması ilə qeydə alınıb. Səlahiyyətlilər pis vəziyyətdə olan bu qayığın adanın sahillərinə çəkilmək istəyərkən batdığını açıqlamışdı.
Trinidad Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada tapılan son qayığın 2021-ci ildə eyni bölgədə təsbit edilən və içərisində 15 nəfərin cansız cəsədi olan qayığa bənzədiyi vurğulanıb.
O zamankı hesablamalara görə, sözügedən qayıq Afrika sahillərindən yola düşən immiqrantları daşıya bilərdi.