Rumıniyada NATO-nun “Steadfast Dart 2025” təlimləri başlayır


NATO-nun Rumıniyada yeddi məntəqədə bu gün başlayacaq “Steadfast Dart 2025” təlimi yeni cavab qüvvələrinin yerləşdirilməsini sınaqdan keçirəcək. Onların vəzifəsi ittifaqın şərq cinahını sürətlə gücləndirməkdir.



Manevrlərə NATO üzvü olan 9 ölkədən 10 minə yaxın hərbçi, 17 hərbi-dəniz qüvvəsi, 20-dən çox təyyarə və 1500 texnika cəlb olunacaq. NATO-nun genişmiqyaslı “Steadfast Dart 2025” təlimi fevralın 26-dək keçiriləcək. Bu barədə alyansın mətbuat xidmətinin bəyanatında deyilir.

Manevrlərin məqsədi yerləşdirmə imkanları və prosedurlarını, həmçinin qoşun yerləşdirən və qəbul edən ölkələr arasında qarşılıqlı fəaliyyət qabiliyyətini yoxlamaqdır.

Təlimlərdə vəzifəsi alyansın şərq cinahını sürətlə gücləndirmək olan NATO-nun yeni Müttəfiq Reaksiya Qüvvələrinin yerləşdirilməsi üzrə təcrübə keçəcəyi gözlənilir. Bu, onların 2024-cü il iyulun 1-də yaradıldıqdan sonra ilk məşqi olacaq. Ssenari demək olar ki, bərabər rəqiblə münaqişənin ortaya çıxmasını simulyasiya edir.

Avropa Müttəfiq Qüvvətlərinin Ali Baş Qərargahının məlumatına görə, bu, ARF-nin Şərqi Avropada minlərlə kilometr məsafədə və istənilən şəraitdə mürəkkəb əməliyyatlar aparmağa qadir olduğunu nümayiş etdirmək üçündür.

"Steadfast Dart 2025"ə Böyük Britaniya rəhbərlik edəcək. Vurğulanır ki, bu mühüm təlimlər Alyansın NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırlığını, imkanlarını və öhdəliyini nümayiş etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu