KİV: Cənubi Koreya və ABŞ diplomatik fəaliyyətini bərpa edir

Koreya Respublikası və ABŞ hərbi vəziyyətə görə dayandırılmış diplomatik fəaliyyətlərini bərpa edir.
AFN.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər diplomatiya və təhlükəsizlik məsələlərinə həsr olunmuş tədbirləri bərpa etmək qərarına gəliblər.
Belə ki, Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol və ABŞ-ın dövlət katibi Antoni Blinken qısa müddətdə şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.