Kürdəmirdə daha bir körpə ölümü baş verib
Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib.
AFN.az “Publika.az”a istinadən xəbər verir ki, hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib.
2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb.
Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 8-də Kürdəmirdə daha bir körpə ölümü qeydə alınmışdı.