Sarkozinin telefon dinləmə işi üzrə 1 illik ev dustaqlığı qərarı təsdiqlənib


Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin korrupsiya ittihamı ilə mühakimə olunduğu telefon dinləmə işi üzrə aldığı bir illik ev dustaqlığı Ali Məhkəmə tərəfindən təsdiqlənib.



Ali Məhkəmə 2023-cü ilin mayında Sarkozinin korrupsiya ittihamı ilə mühakimə olunduğu və 2 il şərti olaraq 3 il həbs cəzasına məhkum edildiyi telefon dinləmə işində edilən etirazla bağlı qərarını açıqlayıb.

Sarkozinin aşağı məhkəmənin qərarına etirazını rədd edən Ali Məhkəmənin yekun qərarına görə, Sarkozi 1 illik həbs cəzasını elektron qandalla evində keçirəcək və 3 il seçilmək hüququndan məhrum ediləcək.


Eyni işdə Sarkozinin vəkili Tieri Herzog və hakim Gilbert Azibert də Nikola Sarkozi ilə eyni cəzaya məhkum edilib, Herzoqa isə 3 il müddətinə vəkillik fəaliyyəti qadağan edilib.

Keçmiş prezident Sarkoziyə qarşı 2014-cü ildə ona qarşı başqa bir məhkəmə istintaqı zamanı məlumat əldə etmək üçün “təsir alveri və dinləmələrin məxfilik prinsipini pozduğu” əsası ilə iddia qaldırılıb.

Nikola Sarkozi bu işdə L'Oreal qalmaqalı ilə bağlı istintaq sənədləri ilə tanış olmaq üçün hakim Azibertə Monakoda yüksək vəzifə təklif etməkdə ittiham olunurdu. Sarkozinin vəkili Hersoqla keçirdiyi görüşlərdə L'Oreal araşdırması çərçivəsində polis və prokurorlardan məlumat sızdırdığı müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu