Çin XİN: ABŞ digər ölkələrin daxili işlərinə qarışmağı dayandırmalıdır


Birləşmiş Ştatlar "insan haqları narahatlığı" adı altında digər suveren dövlətlərin daxili işlərinə daim müdaxilə etməyi dayandırmalıdır.


Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq keçirdiyi brifinqdə ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyalarını şərh edərkən deyib.

“Əgər Birləşmiş Ştatlar həqiqətən insan haqları ilə maraqlanırsa, o zaman başqa ölkələrin daxili işlərinə qarışmaq və maraqlarına zərər vermək üçün məsələni siyasiləşdirmək və ələ keçirməkdənsə, ilk növbədə öz insan haqları borclarını ödəməlidir” - deyə o bildirib.

Mao Ninq qeyd edib ki, Vaşinqton Çinin yüksək texnologiyalı müəssisələrini sıxışdırmağa və Çin xalqını inkişaf hüququndan məhrum etməyə çalışır. "Lalin bu üsullar uğurlu olmayacaq" - deyə Çin XİN nümayəndəsi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu