ABŞ-ın rusiyalı jurnalistlərə qarşı sanksiyaları terrordur - Zaxarova


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun rusiyalı jurnalistlərə qarşı sanksiyalarını informasiya terroru kimi qiymətləndirib.


O, bu barədə BRİKS-in yeddinci Media Sammitinin açılışında deyib. Zaxarova vurğulayıb ki, Vaşinqtondan RT və "Sputnik"lə bağlı əsassız siyasi bəyanatlarla yanaşı, müxbirlərə qarşı fiziki təcavüz də var. “Bizim susqunluğumuz qəbuledilməzdir, bu gün rus jurnalistləri və Rusiya media strukturları ilə baş verənlər - kollektiv Qərbin onlara etdiyi hücum sizin hər birinizin başına gələ bilər”.

ABŞ-ın dövlət katibi Antoni Blinken RT media qrupunun xarici ölkələrin suveren işlərinə qarışdığını, həmçinin məlumat və təsirlə bağlı gizli əməliyyatlarda iştirak etdiyini bildirib. Blinken bəyan edib ki, Vaşinqton bu cür əməliyyatlarda iştirak etdiyi iddia edilən üç qurum və iki şəxsə qarşı sanksiyalar tətbiq edir. ABŞ bildiri ki, adıçəkilən media orqanı Moldovanın daxili işlərinə və ölkədə keçiriləcək gələcək seçkilərə də müdaxilə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu