Bali adasında ağac turistlərin üstünə aşdı - 2 nəfər öldü, 3 nəfər yaralandı

Bali adasındakı meymun meşəsində iki turist ağacın üstlərinə aşması nəticəsində ölüb.
Bu barədə “Detik News” məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların parkda gəzdiyi görünür. Bir anda onlar dayanır, dinləyir və qaçmağa başlayırlar. Ancaq bir neçə turist qaçmağa macal tapmır və ağaclar düz onların üzərinə düşür.
Nəşrin məlumatına görə, Fransa və Cənubi Koreya vətəndaşları həlak olub. Ağacların aşması nəticəsində 3 nəfər də yaralanıb.