Meksikada atışma: 9 nəfər ölüb


Meksikanın şimalında kafeyə silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib. Polis qrupları qaçan təcavüzkarı tutmaq üçün əməliyyat başladıb.



Meksika mətbuatında yer alan xəbərə görə, Quanaxuato əyalətinin Apaseo del Qrande qəsəbəsində kafeyə və ətrafdakı müştərilərə silahlı hücum edilib.

Hücum zamanı 9 nəfər hadisə yerində ölüb, 5 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, hücum edənlər əvvəlcə kafedəki insanlara, sonra isə ətrafdakı müştərilərə təsadüfi atəş açıblar.

Hücumun baş verdiyi əraziyə çoxlu sayda polis əməkdaşı göndərilib. Qaçan hücumçuların tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu