Qubada ayı sakinlərə hücum etdi: mal-qaranı parçaladı - FOTO


Qubada ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.


AFN.az qlobal.net-ə istinadən xəbər verir ki, hadisə rayonun Gömürdəhnə kəndində baş verib. Məlumata görə, ayı bir neçə kənd sakininin mal-qarasını parçalayıb, tövlələri dağıdıb.

Sakinlər bildirib ki, ayı tez-tez kəndə hücum edir, toyuq-cücələri də parçalayır, kənd camaatına ziyan vurur.

Dağlıq ərazidə yerləşən Gömürdəhnə kəndinin sakinləri aidiyyatı qurumlardan kömək gözləyirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu