Suriya rejimi: Hələbdən çəkilirik
Suriya rejimi Hələbdən müvəqqəti olaraq çəkildiklərini açıqlayıb.
Suriya ordusu Hələbdən müvəqqəti geri çəkilməsinin terrorçulara qarşı hücum hazırlamaq olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma başlayıb.
Noyabrın 27-28-də Hələbin qərb çölündən mərkəzə doğru sürətlə irəliləyən rejim əleyhdarı silahlı qruplar qarşıdurmaların ikinci günündən etibarən İdlib çölündə bir çox əraziləri ələ keçirib.
Dünən günorta saatlarından Hələb şəhər mərkəzinə daxil olan silahlı qruplar axşam saatlarında Hələbin mərkəzi hissələrinə çatıb.