Xəstəxanaya aparılan 8 yaşlı qız yolda öldü


Bakıda 8 yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Onun talassemiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu