Norveç vəliəhd şahzadəsinin oğlu zorlama ittihamı ilə saxlanılıb


Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin zorlamada əli olduğu iddiası ilə saxlanıldığı bildirilib.



Oslo polisi verdiyi açıqlamada Hoibinin Osloda huşunu itirmiş və ya başqa səbəblərdən hərəkətə müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə günahlandırıldığını açıqlayıb.

Polis rəsmiləri zorlama iddiasının vaxtı ilə bağlı məlumat paylaşmasa da, Norveç mediası kral titulu və ya rəsmi vəzifəsi olmayan Hoibinin ittihamı rədd etdiyini bildirib.

Zorlandığı iddia edilən qadının vəkili Hege Salomon müvəkkilinin çətin günlər keçirdiyini deyib.

Saxlanma hadisəsi ilə bağlı kral sarayından açıqlama verilməyib.

Bildirilir ki, Hoibi əvvəllər də avtomobili vəsiqəsiz idarə etmək, şəxsə zərər vurmaq və başqalarına zərər vurmaq kimi müxtəlif qanun pozuntularına yol verib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu