Lavrov: Rusiya Ukraynada nizamlanma ilə bağlı Trampın təkliflərini gözləyəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna böhranını necə həll edəcəyi barədə heç bir fikrim yoxdur.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Mən təsəvvür edə bilmirəm Tramp bunu necə həll edəcək. Biz təklifləri gözləyəcəyik", - deyə nazir jurnalistlərə bildirib.
"Hər halda müharibə tərəfdarı deyil, sülh tərəfdarı olduğunu deyən siyasətçidir, bunun özü diqqətə layiqdir" - deyən Lavrov ABŞ-ın yeni prezidentinin hansı təkliflərlə çıxış edəcəyini bilmədiklərini vurğulayıb.