Lavrov: "Rusiyanın mövqeyi dəyişməyib"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada həll edilməli olan məsələlərdə Rusiyanın mövqeyinin dəyişmədiyini bildirib.


Lavrov Rusiya mətbuatına gündəmlə bağlı açıqlamalar verib.

Sülh təşəbbüslərinin uğursuzluğunda Ukraynanı günahlandıran Lavrov bildirib ki, Kiyev administrasiyası istənilən sülh təşəbbüsünü birbaşa rədd edir.

O, həmçinin qeyd edib ki, Ukrayna böhranının həlli ilə bağlı danışıqların iyulda aparılacağı barədə məlumatlar etibarsızdır.

Qərbin hərəkətləri ilə Rusiya üçün ekzistensial təhlükə yaratdığına diqqət çəkən Lavrov, Rusiya əlində olan bütün qaynaqlardan istifadə edərək özünü müdafiə edəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu