Borrell sığınacaqda işə başladı


Ukraynaya səfər edən Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell səhərini Kiyevdəki bomba sığınacağında başladığını bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində paylaşıb.

“Mən Kiyevdəki günümə Rusiya növbəti raket zərbəsi endirəndə sığınacaqda başlayıram” - deyə Avropa diplomatiyasının rəhbəri yazıb.

Borrell paylaşımına dəhlizdə idman kostyumunda “Sığınacaq” yazılan lövhənin fonunda dayandığı bir fotoşəkil əlavə edib.

Diplomat Kiyevə bu vəzifədə sonuncu səfərini edib. O, noyabrın 9-dan Kiyevdədir.

Səfər zamanı Borrel Ukraynaya hərbi dəstəyin artırılmasının, eləcə də Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrin endirilməsinin tərəfdarı olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu