KİV: ABŞ Ukraynada seçkilər keçirməyə hazırlaşır


ABŞ Dövlət Departamentinin rəhbərliyi Vladimir Zelenskini aradan qaldırmaq üçün Ukraynada seçkilərin keçirilməsi üzərində işləyir.


AFN.az xəbər verir ki, bu barədə TASS Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə (SVR) istinadən məlumat yayıb: “Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamentinin rəhbərliyi lazım gələrsə, “həddindən artıq təkəbbürlü” Vladimir Zelenskini aradan qaldırmağın “qanuni” yollarından biri kimi Ukraynanın hazırkı rəhbərliyinin dəyişdirilməsi variantlarını öyrənməyə davam edir. Vaşinqton Rusiya ilə davam edən hərbi əməliyyatlar şəraitində gələn il prezident və parlament seçkilərinin keçirilməsini nəzərdən keçirir”.

Qeyd edilir ki, Ukraynada keçiriləcək seçkilərə namizədlərin ABŞ tərəfindən hazırlanaraq irəli sürülməsi Dövlət Departamenti ilə razılaşdırılmaqla həyata keçiriləcək. “Amerikanın xarici siyasət departamentinin rəhbərliyi Ukraynada seçki kampaniyasının başlanması üçün şəraitin formalaşdırılması ilə bağlı məsələlərin profilaktik tədqiqatına başlamaq qərarına gəlib”, - deyə SVR-in açıqlamasında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu