4 dostu ilə qalan tələbənin faciəvi ölümü: gecə növbəsində işləyirmiş


Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 18 yaşlı tələbə dəm qazından həyatını itirib. Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun yaşadığı mənzildən meyiti tapılıb. Onun hamam otağında dəm qazından zəhərləndiyi bildirilir.


Modern.az-ın məlumatına görə, Azərbaycan İdman Akademiyasının tələbəsinin meyiti "Tarqovı"ya yaxın ərazidə, Lev Tolstoy küçəsində yaşadığı mənzildə aşkarlanıb.

Məlumata görə, mərhum tələbə həmin mənzildə 4 tələbə dostu ilə yaşayırmış. Beyləqan rayonun Şahsevən kəndindən təhsil üçün Bakıya gələn tələbələr qeyd olunan ünvanda kirayədə qaldılar. Onların bəziləri qeyri-dərs saatlarında və gecə növbəsində müxtəlif işlərdə çalışırlar. Ramal da gecə növbəsində işləyirmiş və faciə də məhz onun işdən qayıtmasından sonra baş verib.

Ramalın həmkəndlisi və uşaqlıq dostu Nihat deyir ki, gecə növbəsində işdən qayıtdıqdan sonra hamamda onun meyitini tapıblar. O qeyd edib ki, su qızdırıcısında əvvəllər problem olub və ev sahibinə bu barədə məlumat veriblər. Ev sahibi isə rayonda olduğunu və Bakıya qayıtdıqdan sonra təmir ediləcəyini bildirib.

"Əvvəlcədən problem olduğunu bilirdik və bir-birimizi gözləyirdik. Ramal yəqin bizi narahat etmək istəməyib", - Nihat "Xəzər TV"yə bildirib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu