Moldova Mərkəzi Seçki Komissiyası referendumun nəticələrini təsdiqləyib


Moldova Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 20-də keçirilən Aİ-yə üzvlüklə bağlı referendumun nəticələrini təsdiqləyib və rəylərdə fərq 0,7 faiz bəndi avrointeqrasiya tərəfdarlarının xeyrinə olub.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd edilib.

“Konstitusiya referendumunda 749 719 seçici lehinə səs verib, ümumilikdə 1 488 874 bülleten etibarlı sayılıb”, - deyə MSK sədri Anjelika Karaman bildirib.

Qətnamə təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.

Referendumda Moldova sakinlərindən “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına cavab vermələri istənilib. Əsas Qanuna Moldovanın Aİ-nin təsis müqavilələrinə qoşulması parlamentdə qəbul edilən qanunla müəyyən ediləcək yeni bölmə də əlavə olunacaq.

Referendum Moldovada prezident seçkiləri ilə eyni vaxtda keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu