Ukraynanın əhalisi 2014-cü ildən bəri təxminən 10 milyon nəfər azalıb


Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer Ukrayna əhalisinin 2014-cü ildən bəri təqribən 10 milyon nəfər azaldığını, bunun 8 milyonunun Rusiya ilə müharibənin başladığı 2022-ci ilin fevralından bəri qeydə alındığını bildirib.



Bauer BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.

Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibənin Ukraynaya demoqrafik təsirinə diqqət çəkən Bauer, Ukraynanın bu müharibədən əvvəl də demoqrafik problemlərlə üzləşdiyini xatırladıb.

Bauer Ukraynanın Avropada ən aşağı doğum nisbətinə malik ölkə olduğunu və bir çox insanın müxtəlif səbəblərdən ölkəni tərk etdiyini və əhalinin qocaldığını bildirib.

Rusiya ilə başlayan müharibədən sonra Ukraynada vəziyyətin daha da pisləşdiyini vurğulayan Bauer, doğum nisbətinin qadın başına 1 uşağa düşdüyünü qeyd edib. Bu, Avropanın ən aşağı, dünyada isə ən aşağı doğum nisbətindən biridir.

Bəzi bölgələrdə gənclərin və daha çox yaşlıların miqrasiya etməsi ilə əhalinin azaldığına diqqət çəkən Bauer, müharibənin birbaşa nəticəsi olaraq xeyli sayda itki olduğunu bildirib.

Bauer Ukrayna əhalisinin Rusiya ilə müharibənin başladığı 2022-ci ilin fevralından bəri 8 milyon nəfər, 2014-cü ildən bəri təxminən 10 milyon nəfər azaldığını bildirib.

Bunun həm də insan resurslarında böyük itkiyə dəlalət etdiyinə işarə edən Bauer, insan kapitalının Ukraynanın bərpası və gələcəyinin qurulması üçün təcili ehtiyac duyulan bir qaynaq olduğunu qeyd edib.

Bauer bəyan edib ki, Ukrayna hökuməti bu problemləri həll etmək üçün BMT-nin Əhali Fondunun dəstəyi ilə milli demoqrafik strategiya hazırlayıb və bu yaxınlarda qəbul edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu