Vəzifəli şəxs yol qəzasında həlak oldu


Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Report" xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Məlumata görə, qəzada həlak olan Ədalət Zeynalov "Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu