Qeyri-etik paylaşımlar edən tiktoker həbs edildi


Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisin keçirdiyi tədbirlərlə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü Rauf İsmayılov saxlanılıb.

Məhkəmənin qərarı ilə R.İsmayılov inzibati qaydada 30 gün müddətinə həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu