Kainatın xəritəsini çəkən "Evklid" teleskopundan ilk məlumatlar açıqlanıb


2023-cü ildə Avropa Kosmik Agentliyi (ESA) və NASA ilə əməkdaşlıq çərçivəsində kainatın indiyə qədər ən böyük 3D xəritəsini yaratmaq üçün istifadəyə verilən "Evklid" teleskopunun layihəsinin ilk hissəsi açıqlanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, xəritənin yalnız yüzdə 1-ni təşkil edən bu məlumatda Süd Yolunda 14 milyon qalaktika və milyonlarla ulduz möhtəşəm təfərrüatlarla göstərilib.

"Evklid" missiyasının məqsədi kainatın zaman və məkanda təkamülünü anlamağa çalışmaq və kainatın 95 faizini təşkil edən qaranlıq maddə və qaranlıq enerji kimi sirli hadisələri işıqlandırmaqdır.

208 gigapikseldən ibarət olan bu mozaika layihənin başlanğıcı olaraq kainatın böyük bir hissəsini əhatə edir. Tam xəritənin yaradılması 10 milyard işıq ilinə qədər uzanan milyardlarla qalaktikanın qeydə alınması, səmanın üçdə birini skan etmək üçün altı il müşahidə aparacaq.

London Universitet Kollecindən (UCL) professor Mat Page, bu ölçüdə bir sahənin "Evklid"in yüksək ayırdetməli görünən işıq kamerası (VIS) ilə heç vaxt bu qədər detallı şəkildə təsvir edilmədiyini bildirib. “Evklid" olmasaydı, biz Süd Yolundakı zəif buludları və onları çox yüksək dəqiqliklə işıqlandıran ulduzları görə bilməzdik” - deyə elm adamı bildirib.

ESA-nın paylaşdığı görüntülərdə mavi işıq bölgələrinin Süd Yolunda qalaktik buludlar olduğu bildirilib. Bu qaz və toz buludları teleskopun həssas kameralarının çəkdiyi optik işığı əks etdirir. Böyütdükdə, NGC 2188 spiral qalaktikası və Abell 3381 qalaktika çoxluğu kimi digər detallar da görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu