ABŞ-ın Nyu-Meksiko ştatında son 2 ildə immiqrant ölümləri 10 dəfə artıb


ABŞ-ın Nyu Meksiko ştatında ABŞ-Meksika sərhədi yaxınlığında miqrant ölümləri son 2 ildə 2019 və 2020-ci illərlə müqayisədə 10 dəfə artıb.



ABŞ mətbuatında çıxan xəbərlərə görə, 2024-cü ilin ilk səkkiz ayında əksəriyyətinin Meksika və Mərkəzi Amerikadan gəldiyi təxmin edilən 108 immiqrantın cəsədi Nyu Meksiko sərhədi yaxınlığında tapılıb.

Bu ölümlərin yarıdan çoxunu 20-29 yaş arası qadınlar təşkil edib. 2023-cü ildə Nyu Meksikoda 113 immiqrantın cəsədi tapıldığı halda, bu rəqəm 2020-ci ildə 9, 2019-cu ildə isə 10 olub.

Sözügedən illərlə müqayisədə son 2 ildə immiqrant ölümləri 10 dəfə artıb.

Sərhədi yorğun, susuz və qidasız keçən miqrantlar qaçaqmalçılar onları Texasın qərbindəki səhraya, kanyonlara və dağlara yönəltdiyi üçün ölüblər.

Mütəxəssislər mühacirlərin ölüm nisbətinin artmasının səbəbini dəqiq bilməsələr də təxmin edirlər ki, qaçaqmalçılar onlarla daha sərt davranır və yay aylarında həddindən artıq istidə onları təhlükəli yollardan keçirirlər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu