Hizbullah: Livanın cənubundakı İsrail mövqelərini hədəf aldıq

Hizbullah İsrail əsgərlərinin toplaşdığı bir çox nöqtəni, xüsusilə Livanın cənub sərhədi yaxınlığındakı El-Mark və Hale Verde bölgələrini raketlərlə hədəfə aldığını açıqlayıb.
Hizbullahın Telegram səhifəsində edilən açıqlamada İsrailin şimalındakı Əl-Marc bölgəsi və ətrafındakı mövqelərin 3 dəfə raketlə vurulduğu bildirilib.
Livanın cənubundakı Rab Selasin qəsəbəsi ətrafına sızmağa çalışan İsrail piyada birlikləri ilə Hizbullah ünsürləri arasında qarşıdurmaların hələ də davam etdiyi bildirilib.
Şeba Təsərrüfatlarının Es-Sedane və Bereke An-Nakar bölgələrində toplanan İsrail əsgərlərinin də raketlərlə hədəfə alındığı qeyd edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrailin Livanın cənub sərhədi yaxınlığında yerləşən Kiryat Şimona bölgəsi də Hizbullah ünsürlərinin hədəfindədir.
Mənbə: AA