İki uşaqlığı olan qadın əkiz uşaq dünyaya gətirib
Çinin şimal-qərbindəki xəstəxanada nadir hallarda qoşa uşaqlıq (uterus didelphys) xəstəliyi olan qadın hər uşaqlıqdan bir uşaq dünyaya gətirib.
Şanxi əyalətindəki Xi'an Xalq Xəstəxanası yalnız Li soyadı olaraq təyin olunan ananın qeysəriyyə əməliyyatı ilə bir qız və bir oğlan dünyaya gətirdiyini və bunun milyonda bir hadisə olduğunu açıqlayıb.
Xəstəxana "Weibo"dakı rəsmi hesabında əkiz körpələrin hər ana bətnində təbii şəkildə formalaşmasının və bu körpələri doğuşa daşımasının son dərəcə nadir olduğunu bildirib. Uşaqlıq didelfisi kimi tanınan bu vəziyyət təxminən 2000 qadından birində baş verir və Li-nin iki uşaqlığı və iki uşaqlıq boynu var.
Daha əvvəl uşağı düşən Li yanvar ayında yenidən hamilə qalıb və erkən ultrasəs müayinəsi zamanı hər bətnində bir körpə olduğunu öyrənib. Yaxın və diqqətli tibbi izləmə nəticəsində xəstəxana Linin 3,2 kq çəkidə oğlan və 2,4 kq qız uşağı dünyaya gətirdiyini açıqlayıb.
Mənbə: CNN International