ABŞ-da bir nəfər evində ayı hücumuna məruz qalıb


ABŞ-ın Kolorado ştatında ayı üç balası ilə evə girərək evdə hücum etdiyi bir nəfəri yaralayıb.



Kolorado Parkları və Vəhşi Təbiət rəsmiləri Kolorado ştatının Leyk Siti şəhərində bir evə qara ayı növünün girdiyini bildirdilər.

Səlahiyyətlilər qeyd edib ki, ayı 3 balası ilə evə sürüşən qapıdan daxil olub və evdəki bir şəxsə hücum edib.

Səlahiyyətlilər ayının hücumuna məruz qalan 74 yaşlı kişinin bədəninin müxtəlif nahiyələrindən ağır yaralandığını və xəstənin müalicəsinin ev şəraitində aparıldığını bildirib.

Səlahiyyətlilər hadisə yerinin yaxınlığında tapılan 4 ayının öldürüldüyünü açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu