Kreml: Yaxın Şərqdə tərəfləri təmkinli olmağa çağırırıq
Kremlin sözçüsü Dmitri Peskov Yaxın Şərqdəki vəziyyətin son dərəcə narahat olduğunu bildirib və tərəfləri təmkinli olmağa çağırıb.
Peskov jurnalistlərə açıqlamasında İranın İsrailə raket hücumu ilə bağlı qiymətləndirmələr edib.
Yaxın Şərqdə vəziyyətin son dərəcə narahatedici ssenari üzrə inkişaf etdiyini bildirən Peskov, bütün tərəfləri baş verənlərə qarşı təmkinli olmağa çağırıb.
Peskov əlavə edib ki, dinc əhalinin ölümünə səbəb olan hər hansı hərəkəti pisləyirlər.
Peskov Rusiyanın bütün münaqişə tərəfləri ilə təmasda olduğunu və bu təmasları davam etdirdiyini qeyd edib.
Bundan əlavə, mətbuat katibi Peskov Yaxın Şərq ölkələrinə uçuşlara müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyini bildirib.
Mənbə: AA