Çində bıçaqla hücuma məruz qalan yapon uşaq ölüb
Çinin Quandun əyalətində ötən gün məktəbə gedərkən yolda bıçaqla hücuma məruz qalan 10 yaşlı Yaponiya vətəndaşının dünyasını dəyişdiyi bildirilib.
Yaponiyanın Kyodo agentliyinin xəbərinə görə, hökumət sözçüsü Hayaşi Yoşimasa hücumdan sonra xəstəxanaya yerləşdirilən uşağın öldüyünü açıqlayıb.
Uşağın ölümündən dərin kədərləndiklərini ifadə edən sözçü Hayaşi, Çin səlahiyyətlilərindən hadisə ilə bağlı məlumat paylaşmalarını və ölkədəki Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmələrini istədiklərini bildirib.
Yaponiyanın Quançjoudakı baş konsulu Yoşiko Kijima təcavüzkarın Yaponiya vətəndaşı olduğu üçün uşağı hədəf alıb-almadığının araşdırıldığını vurğulayıb.
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko ibtidai sinif şagirdinə edilən hücumu pisləyərək, bunu alçaq hərəkət adlandırıb və hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib. Kamikava Pekin rəhbərliyindən Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərməsini istədiklərini və oxşar hadisələrin təkrarlanmaması üçün Yaponiya səlahiyyətlilərinə lazımi tədbirləri görməyi tapşırdıqlarını qeyd edib.
Qeyd edək ki, Çinin Şinjin şəhərində Yaponiya ibtidai məktəbinə gedən 10 yaşlı şagird dünən bir şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb. Yaralı şagird xəstəxanaya aparılarkən, 44 yaşlı təcavüzkar nəzarətə alınıb.
Mənbə: AA