Fukusima gərginliyi: Yaponiyanın Pekindəki səfirliyinə kərpic atıldı


Fukusima Atom Elektrik Stansiyasında tullantı sularının axıdılması səbəbindən Yaponiya və Çin arasında gərginliyin təsiri davam edir. Pekindəki Yaponiya səfirliyinin binasına kərpic atılıb. Çindəki yapon məktəbləri də hücuma məruz qalıb.


Yaponiyanın xarici işlər naziri Yoşimaşa Hayaşi bu gün verdiyi açıqlamada Pekindəki səfirliyin binasına kərpic atıldığını bildirib.

Yaponiyanın ictimai yayımı NHK bildirib ki, insident avqustun 24-də, çirkab suların axıdılmasının başladığı vaxt baş verib. Məlumatda kərpic atan şəxsin Çin vətəndaşı olduğu və polis tərəfindən saxlanıldığı bildirilsə də, onun kimliyi açıqlanmayıb.

Bildirilib ki, insident zamanı səfirliyin binasına heç bir ziyan dəyməyib və heç bir əməkdaş xəsarət almayıb.

Hayaşi hakimiyyətdən “gərginliyin artmasının qarşısını almaq və Çindəki Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi tələb edib. Nazir həmçinin Pekin administrasiyasını tullantı sularının axıdılması prosesi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.

Çinin xarici işlər naziri Vanq Venbin bu gün verdiyi açıqlamada səfirlik binasında mühafizənin gücləndirildiyini bildirib.

Baş verənlərə görə Yaponiyanı günahlandıran nazir, "Beynəlxalq ictimaiyyətin etirazlarına məhəl qoymayaraq suyun boşaldılması prosesinə başladılar. Bu, bütün dünyada hiddətə səbəb oldu. Mövcud vəziyyətin əsas səbəbi də budur" - deyə əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu