Fukusimada elektrik kəsilməsindən sonra tullantı sularının axıdılması bərpa edilib


Yaponiyada Fukuşima Atom Elektrik Stansiyasında elektrik kəsilməsi səbəbindən dayandırılan tullantı sularının axıdılmasının yenidən başladığı bildirilir.


Zavodun operatoru Tokyo Electric Power (TEPCO) şirkətinin bəyanatına görə, elektrik stansiyasında qazıntı işləri nəticəsində elektrik naqilinə dəyən zərərin vəziyyəti dünən yenilənib.

Məlumat verilib ki, seysmik izolyasiya binasında kabelin zədələnməsi nəticəsində qaz turbin generatorunda gərginlik itməsi qaynaqlı elektrik enerjisinin qismən kəsilməsi başa çatıb, tullantı sularının axıdılmasına yenidən başlanıldığı bildirilib.

Proses boyu stansiya reaktorlarında soyutma funksiyalarının qorunduğu, radioaktiv tullantı sularının təhlükəsizliyi ilə bağlı anormal vəziyyətin yaranmadığı bildirilib.

Qeyd edək ki, qazıntı işləri zamanı elektrik kabeli zədələnib və hadisə nəticəsində bir işçi xəsarət alıb.

Xəstəxanaya çatdırılan xəsarət almış işçinin bədənində radioaktiv çirklənmə aşkar edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu