Qatarda iki sincab sərnişinlərə hücum etdi, səfər ləğv edildi


İngiltərənin paytaxtı Londonda Surreydən Qatvik hava limanına gedən qatar reysi iki sincabın vaqona minərək sərnişinlərə hücumundan sonra ləğv edilib.



Səhər saat 08.54-də Ridinqdən yola düşən Böyük Qərb Dəmir Yolu (GWR) qatarına 09.47-də Surreyin Qomşall kəndində minən sincablar vaqonda tez bir zamanda çaxnaşma yaradıblar.

Qatarın rəhbəri dələlərin daha da irəliləməsinin qarşısını almaq üçün vaqona sədd çəkməyə çalışıb.

Hadisə şahidləri bildiriblər ki, sincablar arxa vaqona daxil olduqdan sonra sərnişinlərə hücum edib və hamı digər vaqonlara qaçıb.

Konduktor sincabların başqa vaqonlara keçməsinin qarşısını almaq üçün vaqonun qapılarını bağlayıb.

Qatar Redhill Stansiyasına çatdıqda işçilərin sincabları çıxarmaq üçün təxminən yarım saat süpürgə və fıstıqdan istifadə etdiyi, lakin uğursuz olduğu bildirilib.

Sonda xidmətin ləğvi və qatarın Ridinqə qaytarılması qərara alınıb.

Mənbə: Independent



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu