"Əl-Cəzirə": İsrailin keçirdiyi əməliyyatda 50 nəfər həlak olub


İordan çayının qərb sahilində başlayan genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələrinin reydləri və zərbələri nəticəsində azı 50 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilir ki, Cenində 21, Tulkərmdə 12, Tubasda 13, Nablusda 1, Hebronda isə 3 nəfər zərbələrin qurbanı olub. "İordan çayının qərb sahilindəki İDF əməliyyatı 2000-ci illərin əvvəllərindən bəri ən böyük əməliyyata çevrilib. İsrail qüvvələrinin hərəkətləri əsasən İordan çayının qərb sahilinin şimal bölgələrində cəmləşib" - deyə telekanalın materialında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu