İlqar Məmmədovun istefası qəbul ediləcəkmi? -


"Güman edirəm ki, İlqar Məmmədovun istefası qəbul ediləcək".


Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının icra katibi Natiq Cəfərli REAL Partiyasının sədrlikdən istefası ilə bağlı bəyanatına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu gün REAL Partiyasının İdarə Heyətinin Siyasi Komitəsinin toplantısı keçiriləcək:

"İlqar Məmmədovun partiyanın sədrliyindən istefa verməsi iclasda müzakirə olunacaq. Güman ki, istefası qəbul ediləcək. Bu həm də İlqar Məmmədovun qərarından asılıdır. Düşünmürəm ki, o, öz qərarından geri çəkilər".

Natiq Cəfərli REAL-ın yeni sədrinin kim olacağı ilə bağlı suala da aydınlıq gətirib:

"Sədrin kim olacağına partiyanın Siyasi Komitəsi qərar verəcək. Partiyanın nizamnaməsinə əsasən, sədri qurultayın seçdiyi Siyasi Komitə təyin edir. Bütün səlahiyyətlər Siyasi Komitəyə aiddir".

Xatırladaq ki, REAL Partiyasının sədri İlqar Məmmədov sədrlikdən istefa verib. O, növbədənkənar parlament seçkilərindən əvvəl onun onun üçün son seçki olacağını bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu