Nigeriyada yanacaq tankeri sərnişin daşıyan yük maşını ilə toqquşub: 48 ölü


Nigeriyanın Niger əyalətində yanacaq daşıyan tankerin sərnişin və mal-qara daşıyan yük maşını ilə toqquşması nəticəsində 48 nəfər həyatını itirib.


BBC-nin məlumatına görə, Niger Dövlət Fövqəladə İdarəetmə Agentliyi toqquşmadan sonra partlayışın baş verdiyini bildirib.

Qəza yerinə təcili yardım qruplarının göndərildiyi və 48 nəfərin həyatını itirdiyi açıqlanıb.

Milli mətbuatda gedən xəbərlərdə həyatını itirənlər üçün kütləvi dəfn mərasiminin keçiriləcəyi bildirilib.

Qəzadan qısa müddət sonra çəkilən görüntülərdə tamamilə yanmış iki avtomobillə yanaşı, çoxlu ölü mal-qara diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu