İsveç xarici işlər naziri istefa verəcəyini və siyasəti tərk edəcəyini açıqlayıb


İsveç xarici işlər naziri Tobias Billström X sosial media hesabından istefa qərarı ilə bağlı açıqlama verib.


"Kədər və qürur qarışığı ilə mən bu gün baş nazirə bildirdim ki, gələn çərşənbə günü parlamentin açılışında xarici işlər naziri vəzifəsindən istefa edəcəm və siyasətdən ayrılacam" - deyə o, qeyd edib.

İstefa qərarını asanlıqla qəbul etmədiyini bildirən Billström, daha sonra bunları qeyd edib: "Son 25 ildə 10-u nazir olmaqla müxtəlif vəzifələrdə çalışmışam. Onu da deyim ki, son iki ildə nazirliyim ərzində əldə etdiyimiz nailiyyətlərə görə çox sevinirəm və fəxr edirəm. İlk növbədə, uzun və bəzən çətin bir prosesdən sonra İsveç nəhayət NATO-ya daxil oldu. Bir hökumət olaraq Rusiyanın genişlənməsinə qarşı durmaq üçün uzunmüddətli siyasət apardıq. Yaxın Şərqdə də vəziyyət ciddidir və İsveç AB, ABŞ və digər ölkələrlə birlikdə vəziyyəti sabitləşdirmək üçün mübarizə aparır".

Billström qeyd edib ki, Qəzzada baş verənlərin uzunmüddətli perspektivdə yeganə ağlabatan həll yolu iki dövlətlilikdir.

50 yaşlı Billström 2022-ci ilin oktyabrından xarici işlər naziri idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu