Yəmənin Hudeyda şəhərində daşqın nəticəsində ölənlərin sayı 95-ə yüksəlib


Yəmənin qərbindəki Hudeydə şəhərində avqust ayından bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 95-ə yüksəlib.



Husilərə bağlı Hudeydə Fövqəladə Komitəsinin verdiyi açıqlamada şəhərin bəzi rayonlarında leysan yağışların səbəb olduğu seldə boğulma, evlərin uçması və ya ildırım çaxması nəticəsində 11 nəfərin həyatını itirdiyi bildirilib.

Açıqlamada Hudeydə şəhərində avqustun əvvəlindən baş verən daşqınlarda həyatını itirənlərin sayının 95-ə, yaralıların sayının isə 34-ə yüksəldiyi qeyd edilib.

Hudeyde Fövqəladə Hallar Komitəsinin avqustun 30-da verdiyi açıqlamada, Hudeyde şəhərində bu ayın əvvəlindən bəri baş verən leysan yağışlar və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 84-ə, yaralıların sayı isə 25-ə yüksəldiyi qeyd edilib.

Avqustun əvvəlindən Yəməndə təsirli olan güclü yağışlar onlarla insanın ölümünə və bir çox sakinin, xüsusən də düşərgələrdə yaşayan mülki köçkünlərin zərər çəkməsinə səbəb olub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu