Cənubi Koreya "Telegram"da araşdırmaya başlayıb


Koreya Respublikasının polisi seksual xarakterli qadağan olunmuş deepfake videoların yayılmasına yardım etməkdə şübhəli bilinərək "Telegram"da daxili, ilkin araşdırmaya başlayıb.


AFN.az xəbər verir ki, bu barədə yerli "Yonhap" agentliyi məlumat yayıb.

"Fransada olduğu kimi, Seul polisi də "Telegram"la bağlı daxili araşdırmaya başlayıb. Söhbət deepfake şəkillərin yayılmasından gedir". "Yonhap" qeyd edir ki, bu, Cənubi Koreyada "Telegram"la bağlı ilk araşdırmadır.

Seul qeyd edib ki, "Telegram" hesab məlumatlarını təkcə Cənubi Koreyanın hüquq-mühafizə orqanlarına deyil, digər ölkələrə, o cümlədən ABŞ-a da təqdim etmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu