ABŞ ordusu 1 milyard dollarlıq kamikadze dron alır


ABŞ Ordu Komandanlığı beş il ərzində "kmikadze dronları kimi tanınan "Switchblade" seriyalı mobil sursatların tədarükü üçün təxminən 1 milyard dollar dəyərində müqavilə imzalayıb.


ABŞ Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, "AeroVironment Inc." (AV) şirkəti ilə imzalanan yeni müqavilə sahəyə yerləşdirilmiş ABŞ piyada qoşunlarına düşmən tanklarını, yüngül zirehli texnikalarını, sığınacaqlardakı hədəfləri və piyada arxasında gizlənən düşməni uzaqdan məhv etmək imkanı və bacarığını təmin etmək məqsədi daşıyır.

Tenderin 26 avqust 2029-cu ildə başa çatdırılması gözlənilir.

"The War Zone" adı açıqlanmayan bir AV şirkəti rəsmisinə istinadən xəbər verir ki, Quru Qoşunları söz mövzusu müqavilə ilə "Switchblade 300" və "Switchblade 600" tipli kamikadze dronları tədarük edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu