Qaxın polis rəisinin olduğu avtomobil qəza törətdi: bir nəfər ölüb, bir nəfər yaralanıb


Qax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanovun olduğu avtomobil qəza törədib.


AFN.az-a bu barədə məlumat verən mənbənin sözlərinə görə, qəza nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb. Belə ki, Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayev həlak olub, daha bir nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN.az-a fakt təsdiqlənib. Bildirilib ki, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota" markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır" - deyə mətbuat xidmətindən AFN.az-a verilən açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu