ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb


ABŞ hökuməti Ukraynaya növbəti dəfə hərbi yardım edəcəyini açıqlayıb.


ABŞ Dövlət Departamentindən verilən açıqlamada yardımın Müdafiə Nazirliyinin inventarından veriləcəyi bildirilib.

Ukraynaya Yüksək Təsirli Artilleriya Raket Sistemi (HIMARS), artilleriya mərmiləri, Javelin və AT-4 tank əleyhinə raketlər, idarə olunan TOW raketləri, həmçinin təcili yardım, söküntü və tibbi avadanlıq və təlim xidmətləri üçün əlavə sursatlar tədarük ediləcək.

Ukraynanın müstəqilliyinin 33-cü ildönümünü qeyd etdiyi bildirilən bəyanatda bu yardımın ABŞ-ın Ukraynanın Rusiyaya qarşı müdafiəsi mövzusundakı öhdəliklərini nümayiş etdirdiyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu