ABŞ-ın "Ralph Johnson" hərbi gəmisi Tayvan boğazındadır


ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket esminesi "Ralph Johnson" gündəlik təcrübənin bir hissəsi olaraq Tayvan boğazından üzür.


Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, "Arleigh Burke" sinifli idarə olunan raket esminesi "Ralph Johnson" beynəlxalq hüquqa uyğun olaraq naviqasiya və uçuş azadlığının tətbiq olunduğu sularda Tayvan boğazından planlı tranzit həyata keçirir. Sənəddə deyilir: “Gəmi hər hansı sahilyanı dövlətin ərazi sularından kənarda olan boğazdakı ərazidən keçib”.

Mətbuat xidmətinin məlumatında o da qeyd edilir ki, esminesin Tayvan boğazından keçməsi ABŞ-ın bütün ölkələr üçün naviqasiya azadlığı prinsipinə sadiqliyini nümayiş etdirir və ABŞ Silahlı Qüvvələri beynəlxalq qanunların icazə verdiyi yerdə hərəkət edir. “Beynəlxalq birliyin heç bir üzvü qorxudulmamalı və öz hüquq və azadlıqlarından imtina etməyə məcbur edilməməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu