Tanınmış biznesmen Maykl Linç və qızı yaxta qəzasında həlak olub


İnformasiya texnologiyaları sahəsində tanınmış biznesmen 59 yaşlı Maykl Linç və onun 18 yaşlı qızı Hanna Siciliya sahillərində yaxta qəzasında həlak olublar.


Bu barədə Siciliya Mülki Müdafiə Xidmətinin baş direktoru Salvatore Koçina “The Daily Telegraph” nəşrinə bildirib.

"Reuters" xəbər verib ki, dalğıclar 49 m dərinlikdəki yaxtadan 4 nəfərin cəsədini çıxarıblar. Avqustun 19-da baş verən qəzadan dərhal sonra yaxtanın aşpazı Rekaldo Tomasın cəsədinin sudan çıxarıldığını nəzərə alsaq, qurbanların ümumi sayı 5-ə çatıb. Yaxtada olan daha iki sərnişin hələ də itkindir.

Ümumilikdə, Linçdən başqa qızı və aşpazı, dünyanın ən böyük investisiya banklarından biri olan "Morgan Stanley International"ın direktorlar şurasının sədri, 70 yaşlı Conatan Blumer və onun 71 yaşlı həyat yoldaşı Judy və "Clifford Chance" firmasının 59 yaşlı vəkili Kris Morvillo və onun 57 yaşlı həyat yoldaşı Neda qəzadan sonra itkin düşüb.

Böyük Britaniya bayrağı altında üzən, içərisində 22 nəfər (12 qonaq və 10 ekipaj) olan 56 m uzunluğunda Bayesian yelkənli gəmisi Palermo yaxınlığında batıb. Ehtimal olunur ki, hadisəyə qasırğa səbəb olub. Sahil Mühafizəsi xəstəxanaya çatdırılan bir yaşlı uşaq da daxil olmaqla 15 sərnişini xilas edə bilib. Batan gəmi sahildən təxminən 800 m məsafədə 49 m dərinlikdə tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu