Dünyanın ən yaşlı insanı öldü


2023-cü ilin yanvarında dünyanın ən yaşlı insanı olaraq qeydə alınan 117 yaşlı Maria Branyas İspaniyanın Olot şəhərində vəfat edib.



Branyasın ailəsi X hesabındakı paylaşımlarında 117 yaşlı qadının İspaniyanın Olot şəhərində öldüyünü açıqlayıb.

Qərargahı ABŞ-da yerləşən Gerontologiya Araşdırma Qrupunun verdiyi açıqlamada Branyasın ölümündən sonra 116 yaşlı yaponiyalı Tomiko İtuokanın dünyanın ən yaşlı insanı ola biləcəyi bildirilib.

4 mart 1907-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olan Branyas 2023-cü ilin yanvarında 118 yaşında fransalı Lucile Randon vəfat etdikdən sonra Ginnesin Rekordlar Kitabı (GWR) tərəfindən dünyanın ən yaşlı insanı seçilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu